"Bu millət erməniyə necə qalib gələ bilər?" - Millət vəkilindən həyəcan təbili...

21-04-2019, 19:32           
"Bu millət erməniyə necə qalib gələ bilər?" - Millət vəkilindən həyəcan təbili...
Teref.azolaraq hörmətli millət vəkilimiz Fazil Mustafanın Gürcüstandakı soydaşlarımızın islam təamyüllü sektaların təsirinə düşdükləri barədə dəfələrlə yazmışıq. Bu gün həıqiqətəndə Gürcüstanda dini sektaların, təmayüllərə böyük meydan verilib. Millət vəkilinin həyacan təbili çalan çağırışını təqdim edirik:
"Bunlar başqa ölkənin xüsusi xidmət orqanlarının ölkəmiz üçün formalaşdırdıqları cəhalət qruplaşmalarıdır"
Bu millət erməniyə necə qalib gələ bilər? Bu millət intellektcə gürcüdən necə önə keçə bilər? "Gürcüstanın siyasi həyatında necə aktiv rol alaq?" sualına cavab axtaran konfranslar keçirmək yerinə barəsində dini ədəbiyyatın özündə belə heç bir bilgi olmayan məchul bir şəxsin dini-ideoloji zəmində doğum gününü qeyd edirlər soydaşlarımız. Gürcüstanda millətimizin aktivliyinə görə ermənilərdən geridə qalmalarını Stalin rejimi ilə, Qamsaxurdiya və ya başqaları ilə qətiyyən əlaqələndirməyin. Bu cür cəhalətə əsir düşmüş çoxluğun qarşısında orada yaşayan sağlam düşüncəli, ziyalı soydaşlarımız da bir azdan səslərini çıxara bilməyəcəklər. Bunlar başqa ölkənin xüsusi xidmət orqanlarının ölkəmiz üçün formalaşdırdıqları cəhalət qruplaşmalarıdır, sabah dünyəvi dövlətimizi bu cür qrupların yaratdığı təhlükələrdən qorumalı olacağıq. Gürcüstanda soydaşlarımızı düşüncə olaraq addım-addım itiririk. Bu məsələyə sadə yanaşmayın, dövlətlərarası münasibətlərə görə Gürcüstandakı proseslərə dərindən müdaxilə edə bilmirik. Etmək imkanı olsa belə, sistemli tədbirlər görməyə qeyrət göstərəcəyimiz də şübhə doğurur. Ancaq anlaşılan budur ki, Gürcüstan hökuməti də bu cür cəhaləti artıran tədbirlərin keçirilməsini stimullaşdırır, hətta keşişləri belə gəlib məlum günlərdə azərbaycanlılarla birlikdə sinə döyür. Çünki gürcü başbilənlər də anlayırlar ki, milli düşüncədən uzaq, başqa bir ölkənin dini ideologiyası üzərində qafası yıpradılmış bir azərbaycanlı Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanının təəssübkeşi ola bilməz, Azərbaycanın müstəqilliyinə sadiqlik ortaya qoya bilməz, başqa ölkənin dini rəhbərlərindən aldığı əmrlər əsasında fəaliyyət göstərməklə ancaq gürcülərin müttəfiqi kimi davrana bilərlər. Bu yaxınlarda rəsmi səviyyədə Diaspora Komitəsindən açıqladılar ki, oradakı dindarların Azərbaycanda ali təhsil alması ilə bağlı razılıq əldə olunub. Çox-çox zəruri bir addımdır, İlahiyyat İnstitutu əsas diqqətiı burada yaşayan soydaşlarımızın içindən olan insanlara yönəltməlidir ki, ora üçün dövlətimizə bağlı, millətimizə bağlı kadrlar yetişdirib göndərə bilsin. Bu doğrudur, məsələni lazımı səviyyədə həll etməyəcək, ancaq biz oradakı prosesləri bu cür laqeydliklə nəzarətdən buraxa bilmərik.

FazilMustafa, Millət vəkili












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.