"Məmurlar primitiv, toplum gərgindir"

26-04-2019, 16:37           
"Məmurlar primitiv, toplum gərgindir"
“Rəsmilər deyir ki, bəziləri İçəri Şəhərdə çəkilmiş köhnə şəkilləri paylaşıb camaat arasında çaşqınlıq yaradırlar. Sanki 2011-də, 2012-də İçəri Şəhəri sökən, otel tikəndə divarın bir hissəsi uçuran, qədim tuneli bağlayan başqa hökumət imiş”.

“Yeni Sabah”ın məlumatına görə, bunu ReAL-ın icraçı katibi Natiq Cəfərli deyib. O, fikirlərini belə davam edib:
“Bu ölkədə son 25 ildə nə baş veribsə, YAP dönəmində olub, nə fərqi var ki, hansı ildə İçəri Şəhəri viran qoymusunuz - bu sizin məsuliyyətinizi azaltmır! İndi baş verən isə adi rant davasıdır, qazanc hərisliyidir. Heç kim demir ki, turistik məkanlarda kafe-restoran olmasın. Olmalıdı, amma bu tarixi abidələrə ziyan vurmaqla edilmir. İçəri Şəhərdə hazır tikili binalar var, kim istəyir onları alsın, icarəyə götürsün, kafe açsın - bu normaldır, amma qala divarı boyunca divara bitişik şəkildə çala qazıb dirək basdırmaq vandallıqdır axı! Kimsə bu dirəklərin qazılıb-basdırılmasının divarlara ziyan vurub-vurmadığını araşdırıbmı? Elmi yanaşma varmı?”.

N.Cəfərli məsələylə bağlı beynəlxalq təcrübədən də söz açıb:

“Xaricdə qədim tikililərin şəklini "flaşla" çəkməyi belə qadağan edirlər ki, tikililərə ziyan ola bilər. Bizdə kim, məsələn, Formula-1 maşınlarının səs və titrəyiş təziqinin Qala divarlarına təsirini ölçüb? Belə bir araşdırma varmı? Ölkədə hər şey küy üzərinə qurulub, normal diskussiya ortamı yoxdur. Məmurlar primitiv, toplum gərgindir, ağır durumdayıq, arada da tarix silinib gedir. Belə...”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.