Fransa İrana nüvə sazişi ilə bağlı xəbərdarlıq edib

9-05-2019, 07:45           
Fransa İrana nüvə sazişi ilə bağlı xəbərdarlıq edib
Paris Tehranı İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının müddəalarını pozmaqdan çəkinməyə çağırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən AFP məlumat yayıb.

"Müqavilədə iştirak edən tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə mane ola biləcək və ya gərginləşməyə gətirib çıxara biləcək hər hansı bir hərəkətdən çəkinmək vacibdir", - deyə XİN rəsmisi bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.