Paşinyandan ilginc Qarabağ açıqlaması: “NƏ KONKRET SƏNƏD VAR, NƏ DƏ…”

10-05-2019, 17:24           
Paşinyandan ilginc Qarabağ açıqlaması: “NƏ KONKRET SƏNƏD VAR, NƏ DƏ…”
Ermənistanın baş naziri Nikol Paşinyan dünən Qarabağda olarkən münaqişənin həlli ilə bağlı açıqlaması ilə diqqət çəkib.

Teref.az erməni KİV-lərinə istinadla xəbər verir ki, Paşinyan mətbuat konfransında bəyan edib ki, Dağlıq Qarabağ probleminin tənzimlənməsi ilə bağlı konkret sənəd haqda nə söhbət var, nə də hər hansı bir iş aparılır.

Bundan öncə isə “Mənim addımım” fraksiyasının deputatı, “Xalqın Razılığı” daimi komissiyasının xarici münasibətlər üzrə sədr müavini Ovanes İgidyan bəyan etmişdi ki, Minsk qrupu çərçivəsində sazişin imzalanması mümkündür. Erməni baş nazirin son açıqlaması isə deputation irəli sürdüyü bu ehtimalın üzərindən xətt çəkmiş olur.

Aydın məsələdir ki, münaqişənin həlliylə bağlı konkret sənədin mövcud olmaması, həm də baza prinsiplərinin olmaması deməkdir, sözügedən prinsiplər əsasında sənəd hazırlanması isə texniki problemdir.

Görünür, Paşinyan həqiqətən hətta bu prinsiplərin belə olmadığını düşünür. İstənilən halda, Paşinyan onu da qeyd edib ki, əgər az da olsa, ağlabatan prinsiplər olsa, onları xalqa çatdıracaq.

Orxan
Sfera.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.