ABŞ Avropa İttifaqını TƏHDİD ETDİ

14-05-2019, 00:00           
ABŞ Avropa İttifaqını TƏHDİD ETDİ
ABŞ Müdafiə Nazirliyi Avropa İttifaqının təkbaşına həyata keçirdiyi müdafiə layihələrini davam etdirəcəyi təqdirdə, təşkilatı cavab addımları atacağı ilə təhdid edib.

İspaniyanın “El Pais” qəzetinin verdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirliyinin nazir müavini Ellen Lord, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Mogeriniyə göndərdiyi məktubda Aİ-nin müdafiə siyasətində atdığı birtərəfli addımları tənqid edib.

Lord Mogeriniyə göndərdiyi 1 may tarixli məktubda Aİ-nin təkbaşına həyata keçirdiyi müdafiə layihələrinin son 30 ildə davam edən Aİ-nin Transatlantik müdafiə sənayesinə inteqrasiyasını və NATO vasitəsi ilə hərbi əməkdaşlığını təhlükəyə saldığını müdafiə edib.

Məktubda Donald Tramp hakimiyyətinin Aİ-nin müdafiə və silahlandırma layihələrini, başda ABŞ olmaqla, üçüncü ölkələri hesaba almadan həyata keçirəcəyi təqdirdə ticari və siyasi münasibətlərdə cavab addımı atacağı təhdidini eləməsi diqqəti cəlb edib.

Aİ Şurasının üzv ölkələr arasında müdafiə əməkdaşlığını daimi hala gətirməyi nəzərdə tutan “Strukturlaşdırılmış Daimi Əməkdaşlıq” (PESCO) qurulması qərarına və Aİ-nin 18 apreldə qəbul elədiyi 13 milyard avroluq bir “Müdafiə Fondu” yaradılması qərarına işarə vuran Lord ABŞ-ın bu cəhdlərdən “dərin narahatlıq keçirdiyini” bildirib.

Lord Aİ-nin hərbi gücünü artıqmaq cəhdlərini sərt şəkildə tənqid edərək “məhdud olan müdafiə xərclərini israf eləməsini və birlikdə işləməyən müdafiə ssitemlərinin NATO və Aİ arasında lazımsız rəqabətin yaranmasına səbəb olacağını” vurğulayıb.

ABŞ MN məmuru Aİ-nin təktərəfli müdafiə layihələrini həyata keçirməyə davam edəcəyi təqdirdə, bunun “Avropa müdafiə cəhdləri üzərinə 15 il əvvəl olmuş çəkişmələri güclü bir şəkildə təkrarən gündəmə gətirəcəyi” barəsində xəbərdarlıq edib.

İspan qəzetinin şərhində, Lordun bu məktub ilə ABŞ-ın Aİ-yə “müdafiəyə daha çox xərc çəkməsinə “bəli”, lakin müstəqil strategiyaları inkişaf etdirməyə “xeyr” mesajı verdiyini bildirib.

İspaniyanın “Elcano” analitika institutunun Brüssel ofisinin direktoru Luis Simon bu məktub ilə bağlı “El Pais”in müxbirinin sualına cavabında deyib: “Aşkar bir mənfəət toqquşması ilə qarşı-qarşıyayıq”.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.