PAŞİNYAN ƏLİYEVLƏ GÖRÜŞDÜYÜNÜ AÇIQLADI:"Hələlik heç bir plan yoxdur"

14-05-2019, 08:12           
PAŞİNYAN ƏLİYEVLƏ GÖRÜŞDÜYÜNÜ AÇIQLADI:"Hələlik heç bir plan yoxdur"
Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı”nın yubiley tədbirləri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında qısa görüş olub.

Strateq.az xəbər verir ki, “RİA Novosti”nini yaydığı məlumata görə, baş naziri Nikol Paşinyan jurnalistlərə yubiley tədbirləri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə qısa söhbət etdiyini, ancaq hələlik növbəti görüşlər üçün konkret planlarının olmadığını deyib.

“Hələlik heç bir plan yoxdur, amma əminəm ki, danışıqlar prosesi davam edəcək”, – deyə o, jurnalistlərin “İlham Əliyevlə yenə görüş olacaqmı?” sualını cavablandırarkən vurğulayıb.

Paşinyan bildirib ki, Azərbaycan Prezidenti ilə qısa təmasda olub və “cari vəziyyəti” müzakirə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.