“Erməni xalqı 30 illik müharibədən nə əldə edib?” - Məmmədyarovdan erməni jurnalistə... (VİDEO)

14-05-2019, 16:26           
“Erməni xalqı 30 illik müharibədən nə əldə edib?” - Məmmədyarovdan erməni jurnalistə... (VİDEO)
Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyi ilə bağlı yüksək səviyyəli konfransda erməni jurnalistin təxribat xarakterli sualını cavablandırıb.

Unikal.org-un xəbərinə görə, jurnalist nazirə Ermənistanın Baş Naziri Nikol Paşinyanın Qondarma Dağlıq Qarabağ xalqı tərəfindən seçilmədiyi üçün onları təmsil edə bilməməsi haqda absurd sual ünvanlayıb.

Məmmədyarov isə cavabında belə bildirib: Bunu sizə yarım saatdır başa salıram... Bunlar hamısı öz konstitusiyanızı bilməməkdən irəli gəlir. 1990-cı ildən qüvvəyə minən konstitusiyanı oxumağı tövsiyə edirəm”.

Daha sonra həmin jurnalist yenə sual vermək istədikdə Azərbaycan XİN rəhbəri üzünü digər jurnalistə çevirərək Qarabağ məsələsi ilə bağlı suala şərh verib: “Başa düşmək lazımdır ki, biz belə yaşamağa davam edə bilmərik. Bax indi siz özünüzü aldatmaqla yanaşı, erməni xalqını da aldatmağa çalışırsınız. Sizdən soruşuram: “Erməni xalqı Azərbaycanla davam edən bu 30 illik müharibədən nə əldə edib?”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.