‘Mən hansı əsaslarla danışıqlarda Qarabağı təmsil edim?’ – Paşinyan

18-05-2019, 17:08           
‘Mən hansı əsaslarla danışıqlarda Qarabağı təmsil edim?’ – Paşinyan
Mən hansı əsasla Dağlıq Qarabağı danışıqlar prosesində təmsil etməliyəm?

Bunu rusiyalı jurnalistlərə müsahibəsində Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bu, hansısa şıltaqlıqla bağlı məsələ deyil. Bu, sadəcə danışıqlar prosesinin effektiv edilməsi məsələsidir. Əgər kimsə başqa cür hesab edirsə, o zaman Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi sayır. Əgər belədirsə, o zaman bunu sənədlərdə qeyd edək”, – deyə o bildirib.

Qeyd edək ki, Paşinyan hakimiyyətə gəldikdən bu yana Qarabağın danışıqlarda iştirakına nail olmaq istəyir. Paşinyanın bu təklifini Azərbaycan tərəfi qəbul etmir. Beynəlxalq ictimaiyyət, eləcə də konfliktin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu da məhz hazırkı formatı dəstəkləyir və onu dəyişməyəcəyini bildirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.