“Elmar Məmmədyarov Brüsseldə Qarabağın adını dilinə belə gətirməyib”

19-05-2019, 22:31           
“Elmar Məmmədyarov Brüsseldə Qarabağın adını dilinə belə gətirməyib”
“Brüsseldə çoxsaylı çıxışlar edən Azərbaycanın xarici işlər naziri Qarabağın adını dilinə belə gətirmədi”.

Teref.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyib:

“Elmar Məmmədyarov canlara dəyən (remarkable) oğlandır, ingiliscə mükəmməl danışır, gülməli zarafatlar edir, yəni bir sözlə Qərbin xoşladığı nazirdir. Ona olan Qərb sevgisi yalnız şəxsi keyfiyyətlərinə görə deyil, həm də Qərbin marağını Azərbaycanın mənafeyindən üstün tutduğuna görədir.

Baxın, Azərbaycanın xarici işlər naziri Şərq Tərəfdaşlığı Proqramının 10 illik yubileyinə həsr olunmuş “Vətəndaşlara konkret nəticələr verən nailiyyətlər və çətinliklər” panelində iqtisadi əməkdaşlıqdan, Cənub Qaz Dəhlizi enerji layihəsindən ağızdolu danışır, amma bu paneldə ona verilmiş tribunadan istifadə edərək, çoxsaylı iştirakçılar qarşısındakı çıxışında Qarabağ problemini, erməni işğalını bir dəfə də olsun xatırlatmır. Ondan əvvəl çıxış edən Ukraynanın keçmiş prezidenti Rusiyanın təcavüzündən, Krımın, Donbasın, Luqanskınin işğalından dəfələrlə bəhs etəsə də Azərbaycanın Xarici İşlər Nazirinin Qarabağın adını belə dilinə gətirmir.

Buyurun izləyin və yazdıqlarıma bir daha əmin olun.

Elmar Məmmədyarovun çıxışını (30-cu dəqiqədən 38-ci dəqiqəyə qədər) ingilis, fransız və ya rus dillərində dinləyə bilərsiniz”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.