Müharibə başladıb, torpağı Bakıya vermək istəyirlər - Nikoldan şok

20-05-2019, 13:12           
Müharibə başladıb, torpağı Bakıya vermək istəyirlər - Nikoldan şok
Ermənistan və Qarabağ xalqları arasında düşmənçilik, parçalanma və ziddiyət yaratmaq istəyən korrupsiyalaşmış sistemin təmsilçisi olan qüvvələr var.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, Qarabağ erməniləri Ermənistandakı korrupsiyalaşmış sistemdən daha çox əziyyət çəkiblər.

O deyib ki, Ermənistandakı keçmiş hakimiyyət nümayəndələri Qarabağdakı əlaqələrindən Ermənistan baş naziri və hakimiyyəti haqqında yanlış məlumatlar yaymaq üçün istifadə edir. Paşinyan bu qüvvələrin hərbi fəaliyyətləri provokasiya edərək, əraziləri Azərbaycana verməyə və bunun da məsuliyyətini İrəvanın üzərinə atmağa çalışdıqlarını bildirib:

“Mən bunu dövlətə xəyanət hesab edirəm. Mən bu cür niyyətlərin qarşısını almaq üçün sərt metodlar tətbiq edəcəyəm. Artıq 2016-cı il aprel müharibəsiylə bağlı vəziyyəti öyrənmək üçün parlament qrupu yaratmağın vaxtı çatıb”.

O, Qarabağ ermənilərini Ermənistan hökumətinə inanmağa çağırıb.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.