Azərbaycan üçün böyük qaçqın axını təhlükəsi yaranıb

21-05-2019, 00:00           
Azərbaycan üçün böyük qaçqın axını təhlükəsi yaranıb
Almaniya siyasətçiləri hesab edirlər ki, ölkədə qaçqınların azaldılması müvəqqəti bir fenomendir və yaxın gələcəkdə yeni bir qaçqın dalğası hesabına bu sürətlənə bilər. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a verilən məlumatda deyili ki, Berlində keçirilən mətbuat konfransında Azad Demokrat Partiyasının (FDP) parlament fraksiyasının lideri Xristian Lindner deyib ki, vəziyyətin belə kəskin olmasına əsas səbəb ABŞ və İran arasında mövcud nüvə qarşıdurması ola bilər.


Xristian Lindner
Lindnerin sözlərinə görə, İran açıq şəkildə Avropa Birliyini ərazisində olan milyonlarla əfqan qaçqınları oraya göndərəcəyi ilə təhdid edir. Belə kütləvi köçlər zamanı isə bir qayda olaraq əsas missiya Almaniyanın üzərinə düşür.

Siyasətçi bildirib ki, çalışmaq lazımdır ki, 2015-ci ilin yayında Suriya münaqişəsi ilə əlaqədar yaşanan vəziyyət indi İranda baş verənlərə görə təkrarlanmasın.

Federal hökumətin məlumatına görə, hazırda İranda təxminən 3 milyon əfqanıstanlı qaçqın var. Onların əksəriyyətinin təxminən 2 milyonunun daimi iş yerləri var, inteqrasiya olunmuş hesab edilə bilərlər. Bir milyonu isə həmin ölkəni hər an tərk edə bilər.

İranın xarici işlər nazirinin müavini Abbas Araqçı bildirib ki, əgər ABŞ-ın sanksiyaları neft gəlirlərinə mənfi təsir etsə, bu, İranda məskunlaşan qaçqınların yeni bir yaşayış yeri tapması ilə nəticələnə bilər.

ABŞ-la İran arasında davam edən hərbi gərginliyin artması belə davam edərsə, əfqanıstan vətəndaşlarının bir qismi ilə yanaşı İran İslam Respublikasının vətəndaşlarının da ölkədən çıxması və Azərbaycana gəlməsi gözləniləndir. Azərbaycan da yəqin ki İrandan gözlənilən köçlə bağlı riskləri dəyərləndirməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.