Tiflisdən böyük səhv: ermənilər ölkəni parçalayır - Şok

21-05-2019, 15:47           
Tiflisdən böyük səhv: ermənilər ölkəni parçalayır - Şok
Ermənilər Azərbaycana qarşı etdikləri xain əməlləri indi də Gürcüstana qarşı etmək niyyətindədir. Gürcüstan vaxtında tədbir görməsə, bunun ağır nəticələri ola bilər.

Bu sözləri politoloq Əhəd Məmmədli ABŞ Milli Demokratiya İnstitutunun Gürcüstanın etnik azlıqlar arasında keçirdiyi sorğuda bu ölkənin NATO və Avropa Birliyinə inteqrasiyasına ermənilərin qarşı çıxması haqda Axar.az-a danışarkən deyib. O bildirib ki, qonşu Gürcüstan vaxtilə etdiyi səhvi yenidən təkrarlayır:

“Ermənilərin planları var ki, Cavaxetiyanı Ermənistana birləşdirsinlər. Amma onlar çox gözəl bilir ki, Gürcüstan Qərbə inteqrasiya etməyə davam etsə və sonda NATO-nun və AB-nin üzvü olsa, ermənilərin arzuları ürəyində qalacaq. Təbii ki, buna görə onlar Gürcüstanın Qərbə inteqrasiyasını istəmirlər. Ermənilər istəyir ki, Gürcüstan Rusiyanın təsiri altında qalsın. Bununla da vaxtilə Azərbaycana qarşı qurulan planı Gürcüstan üçün edib, Cavaxetiyanı Ermənistana birləşdirsinlər”.

Politoloq bildirib ki, əgər Gürcüstan səhvlər etməyə, Türkiyə və Azərbaycana “buynuz göstərməyə” davam etsə, rəsmi Tiflisi böyük fəsadlar gözləyir:

“Zviad Qamsaxurdianın etdiyi səhvləri indi də Bidzina İvanaşvili iqtidarı edir. Mən hesab edirəm ki, bunun davamı gəlsə, Gürcüstan Cənubi Qafqaz xəritəsindən silinə bilər”.

Qeyd edək ki, ABŞ Milli Demokratiya İnstitutu Gürcüstanın NATO və AB-yə inteqrasiya etməsi ilə bağlı etnik azlıqlar arasında sorğu keçirib. Sorğuda ermənilərin böyük hissəsi inteqrasiyaya qarşı çıxıb.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.