“Oqtay Şirəliyev Mehmanı nazirliyə dəvət edib”

22-05-2019, 20:07           
“Oqtay Şirəliyev Mehmanı nazirliyə dəvət edib”
Blogger Mehman Hüseynov Cenevrənin hava limanında Səhiyyə naziri Oqtay Şirəliyevlə foto çəkdirərək sosial şəbəkədə paylaşıb.

Mehman Hüseynov sözügedən şəkilə aydınlıq gətirib: “Bakıya qayıdarkən səfirimizlə Oqtay Şirəliyevi gördüm. Səhiyyə naziri dedi ki, İsveçrəyə müalicə üçün gəlib.

Yaxınlaşdım anamın ölümündə həkim səhvinin olduğunu bildirdim. Ona xatırlatdım ki, jurnalist Rasim Əliyevin ölümündə həkim səhvinin, digər jurnalistin anasının müalicəsi ilə bağlı Səhiyyə Nazirliyinin qarşısında etiraz etdiyini dedim. Səhiyyə sahəsində olan problemləri Oqtay Şirəliyevə xatırlatdım.

Mənə dedi ki, ananın ölümü ilə bağlı həkim səhvinin olması ilə bağlı məsələ araşdırılacaq. Oqtay Şirəliyev məni nazirliyə çağıracağına söz verdi. Mən hələ də Səhiyyə Nazirliyinə dəvət olunmağımı gözləyirəm. Sonra da qardaşıma dedim ki, mənim Oqtay Şirəliyevlə şəklimi çəksin.”

Unikal.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.