ABŞ Yaxın Şərqə daha 10 min hərbçi göndərəcək

23-05-2019, 08:27           
ABŞ Yaxın Şərqə daha 10 min hərbçi göndərəcək
Pentaqon İranla gərginlik fonunda Yaxın Şərqə daha minlərlə hərbçinin göndərilməsi ilə bağlı planını Ağ Evə təqdim edəcək.

Publika.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Fox News” telekanalı bildirib.

Məlumata görə, söhbət on min hərbi qulluqçunun göndərilməsindən gedir. Telekanalın mənbələri həmçinin qeyd edirlər ki, “Patriot” və hərbi gəmilərdə yerləşdirilən raket-zenit komplekslərinin genişləndiriilməsi plana daxildir.

Bildirililir ki, qəti qərar hələ qəbul edilməyib, Ağ Evin planı tamamilə və ya qismən təsdiq edəcəyi məlum deyil.

Qeyd edək ki, İranın ətrafında vəziyyətin kəskinləşməsi fonunda ABŞ daha əvvəl Fars körfəzinə ən azı yeddi hərbi gəmi və ona yaxın “Patriot” zenit-raket kompleksini çatdırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.