“Hökumətin köhnə kafalı yanaşması bu finala kölgə salır...” - Ekspert

24-05-2019, 12:02           
“Hökumətin köhnə kafalı yanaşması bu finala kölgə salır...” - Ekspert
“UEFA finalının Bakıya salınması Azərbaycan hökumətinin bu günə qədər keçirdiyi idman tədbirləri arasında ən doğru verilmiş qərardır. Final oyununa əlavə vəsait xərclənməyəcək, cəmi 1 gün keçiriləcək, dünyanın diqqəti burda olacaq”.
“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib. O, deyib ki, final oyununa dünyada, təqribən, 1 mlrd. insanın baxması gözlənilir və bu PR nəzrindən ən doğru addımdır. “Mənasız, məzmunsuz, bahalı Avropa, İslam oyunlarından, Formula-1 yarışlarındansa bu final daha əhəmiyyətli və daha qazanclı layihədir.

Amma hökumətin köhnə kafalı yanaşması bu finala kölgə salır, ölkəmiz üçün anti-PR aksiyasına çevirir. Final oyununun 28 May ərəfəsində olması məmləkətə, hökumətə əlavə şans yaratmışdı ki, Şərqdə ilk Cümhuriyyətin qurulmasını dünyaya bir daha bəyan edib, bayramı-bayrama qatsın. Bacarmadılar, xalqın 28 May sevdasından çəkindilər, Cümhuriyyət Günü kimi yoxdan var olma tariximizə, Azərbaycan kəlməsinin coğrafi termindən siyasi anlayışa keçməsi kimi çox vacib günə kölgə salmağa başladılar.

UEFA finalına görə Cümhuriyyət Gününün qeyd edilməsinə məhdudiyyətlər, qadağalar qoymaq bizi bir millət kimi gözdən salır, ölkənin əlehinə işləyir, əhalidə də UEFA Finalı kimi doğru verilmiş qərara ikrah hissi və sual yaradır: Hökumətin içində belə sadə məntiqi anlayan birisi yoxdurmu?!”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.