Qarabağdakı “Avropa çempionatı”na bir həftə qaldı- İsa bulağında ziyafət...

24-05-2019, 12:06           
Qarabağdakı “Avropa çempionatı”na  bir həftə qaldı- İsa bulağında ziyafət...
Separatçı rejimi “məşhur”laşdıran bu “beynəlxalq” tədbirin qarşısının alınması üçün qəti addım atacağıqmı?..
Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin təşkil etdiyi qondarma qurumların “CONİFA” futbol “çempinatı”nın başlanmasına bir həftə qalıb.

Moderator.az xəbər verir ki, iyunun 1-9-da keçirilməsi gözlənilən tədbirə son hazırlıq işləri ilə bağlı qondarma rejimin “dövlət naziri” sayılan Qriqori Martirosyan ad-soyadlı məxluq “təhsil, elm və idman naziri” ilə birlikdə Şuşanın büllur havasında təlim keçən yığma komandanın üzvləri ilə görüşüb. “Çempionat”a hazırlaşan erməni futbolçularla ətraflı söhbət edən separatçı “nazir”lər Şuşanın məşhur İsa bulağının yanındakı restoranda onlar üçün ziyafət təşkil edib.

P.S. Gerçəklik budur ki, istəsək də, beynəlxalq rıçaqlar vasitəsilə düşmənin torpaqlarımızda keçirdiyi bu kimi “beynəlxalq” tədbirlərin qarşısını almaq mümkün deyil. Qəti addım yalnız torpaqlarımız uğrunda azadlıq savaşının başlanması ola bilər...

Sultan Laçın












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.