Fransa prezidentindən şok bəyanat: “Dünya müharibə astanasındadır”

12-06-2019, 12:39           
Fransa prezidentindən şok bəyanat: “Dünya müharibə astanasındadır”
“Dünya dərin böhran keçirir və böyük müharibənin astanasına gələ bilər”. Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bu sözlər Fransa prezidenti Emmanuel Makron tərəfindən qeyri bərabərlik, nəzarət olunmayan texnologiyalar və iqlim dəyişikliyi problemlərinin həlli ilə bağlı çıxışı zamanı səsləndirilib.
Beynəlxalq Əmək Təşkilatının 100 illiyi münasibətilə İsveçrənin Cenevrə şəhərində keçirilən tədbirdə nitq söyləyən Fransanın lideri texnoloji və ekoloji dəyişikliklərdən dolayı yaşamaq şərtləri təhlükə altına düşən insanların universal sosial müdafiəsi və onlara təzminat ödənilməsi təşəbbüsünü irəli sürüb.
“Hesab edirəm ki, bu, əsl xaosdur. Firkimcə, bizim nəslimiz yeni müharibənin gəlişini gözləmək yerinə onu indiki vəziyyətdə saxlamalıdır. Lakin bununla belə biz indi müharibənin astanasındayıq. Bu savaş bizim demokratiylarımızda baş verir. Hazırda dərin böhran yaranıb. Biz dəli deyilik. Əgər real tərəqqi arzulayırıqsa, üzərimizə ciddi öhdəliklər götürməliyik”,-deyə Fransa prezidenti tədbirdə söyləyib.
Onun sözlərinə görə, dünyada getdikcə artan qeyri-bərabərlik avtoritarizmi də gücləndirir. Seçicilər “demokratiya bizi vəhşi kapitalizmin gətirdiyi qeyri-bərabərlik vəziyyətindən xilas etmir” mesajını verir. Buna görə də bəziləri “gəlin divarlar tikək və çoxtərəfli sazişlərdən çəkilək” siyasətini yürüdür, – deyə fransız lider amerikalı həmkarı Donald Trampı da üstüörtülü şəkildə tənqid edib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.