Qarabağda keçiriləcək ümumerməni oyunlarının məşəli Türkiyədə yandırıldı-FOTOLAR+VİDEO

12-06-2019, 16:10           
Qarabağda keçiriləcək ümumerməni oyunlarının məşəli Türkiyədə yandırıldı-FOTOLAR+VİDEO
Avqust ayında Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin təşkilatçılığıyla keçiriləcək ümumerməni oyunlarının məşəli Türkiyənin Xatay vilayətindəki Musadağ deyilən məkanda yandırılıb.
Moderator.az xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, oyunların bir qrup nümayəndə heyəti 1355 metr hündürlüyü olan Musadağın ətəyində yerləşən Vaqif kəndindəki erməni kilsəsində Ermənistan və “Artsax” bayraqlarının fonunda məşələ od vurublar. Onların arasında Paşinyanın “Mənim addımım” hərəkatına məənsub deputatlar da olub.

Qeyd edək ki, ermənilər guya qədim “Kilikiya Ermənistanı” ərazisində yerləşən Musadağı 1915-ci ildəki qondarma “erməni soyqırımı” zamanı “qəhrəman müqavimət məkanı” kimi qələmə verirlər...
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.