KÖRFƏZDƏ SULAR BULANACAQ? - ABŞ MN: “Yaxın Şərqə əlavə olaraq 1000 nəfər hərbçi göndərəcəyik”

18-06-2019, 16:01           
KÖRFƏZDƏ SULAR BULANACAQ? - ABŞ MN: “Yaxın Şərqə əlavə olaraq 1000 nəfər hərbçi göndərəcəyik”
ABŞ-ın müdafiə naziri vəzifsəini icra edən Patrik Şanahan son dövrdə Oman körfəzində baş verən hadisələrdən sonra Yaxın Şərqə daha 1000 nəfər hərbçi göndəriləcəyini bildirib.

ABŞ-ın müdafiə naziri vəzifələrini icra edən Patrik Şanahanı verdiyi yazılı açıqlamada deyilir: “ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) əlavə qüvvə tələbinə qarşılıq olaraq, Baş Qərargah və Ağ Ev ilə razılaşdırılmış şəkildə Yaxın Şərqdəki hava, dəniz və quru təhdidlərinə qarşı müdafiə məqsədi ilə min nəfərə yaxın hərbçi göndərilməsinə razılıq verdim”.

Şanahan deyib: “İranın son hücumları ABŞ heyəti və bölgədəki mənfəətlərini təhdid edən İran qüvvələri və İranın dəstəklədiyi qrupların düşmən mövqeləri ilə bağlı aldığımız kəşfiyyat məlumatlarını təsdiqləyir”.

Ötən həftələrdə ABŞ-ın “USS Abraham Linkoln” təyyarə gəmisi qrupu, dörd ədəd bombardman gəmizi və dörd ədəd “Partiot” batareyası bölgəyə göndərilmişdi.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.