Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz dəyişməyib - Kreml

4-07-2019, 18:57           
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz dəyişməyib - Kreml
“Rusiya diplomatlarının məlum görüşdə "Ermənistan-Artsax strateji ittifaqı"nın nümayəndələrinin iştirakından əvvəlcədən xəbəri olmayıb".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiyanın Ermənistandakı səfir Sergey Kopirkinin "Ermənistan-Artsax strateji ittifaqı"nın nümayəndələri ilə görüşünə münasibət bildirib.

Onun sözlərinə görə, həmin görüş Ermənistanın "Daşnaksyütun" partiyasının rəhbərliyi ilə olub: "Bu səfirin ölkənin ictimai-siyasi qüvvələri ilə görüşləri çərçivəsində baş tutan sıradan görüşlərindən biridir. Bir daha qeyd edirəm ki, bu səfiri birbaşa səlahiyyətinə daxil olan məsələdir. Təsdiqləyə bilərəm ki, bu görüş Ermənistan tərəfinin təşəbbüsü ilə olub. Görüşdə geniş spektorlu məsələlərə toxunulub. Dağlıq Qarabağ münaqişəsi mövzusu da müzakirə olunub. Baxmayaraq ki, bu məsələ əsas müzakirə mövzusu olmayıb".

M. Zaxarova qeyd edib ki, rusiyalı diplomatlar həmin görüşə siyasi partiya rəhbərliyi ilə "Ermənistan-Artsax strateji ittifaqı"nın nümayəndələrinin gələcəyi barədə məlumatlandırılmayıb: "Biz qonaqpərvər və nəzakətli insanlarıq. Ona görə də, bu təmas, bu görüş mətbuatda yazıldığı kimi siyasi tərkibə malik deyil. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməyib və dəyişə bilməz".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.