Yaponiyada 4 nəhəng avtomobil istehsalçısı birləşdi

5-07-2019, 07:55           
Yaponiyada 4 nəhəng avtomobil istehsalçısı birləşdi
Yaponiyanın “Monet” şirkəti (Toyota Motor və SoftBank birgə müəssisəsi) avtonom sistemlərin birgə hazırlanması məqsədilə ölkənin 5 iri (Mazda, Subaru, Suzuki, Isuzu və Daihatsu) avtomobil istehsalçısı ilə birləşib.

Teleqraf.com xəbər verir ki, əməkdaşlığın məqsədi sürücüsüz avtomobillər üçün texnologiyaların təkmilləşdirilməsi və yeni xidmətlərin hazırlanması olacaq.

“Toyota” artıq növbəti ildə Cənub-Şərqi Asiya bazarı üçün sürücüsüz avtomobilin baza versiyasını ərsəyə gətirməyə hazırlaşır. 2021-ci ilədək ilk avtonom minik avtomobilləri və avtobuslarının Yaponiyada istifadəyə veriləcəyi gözlənilir. Sürücüsüz nəqliyyat vasitələrinin “Toyota” şirkətinin 2018-ci ildə “CES” sərgisində nümayiş etdirdiyi “e-Palette” miniavtobusunun bazasında yaradılacağı ehtimal olunur.

Yaponiyanın nəhəng avtomobil istehsalçılarının birgə fəaliyyəti avtonom avtomobillər üçün həm proqram, həm də aparat təminatının hazırlanması üzərində işi nəzərdə tutur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.