Qüdrət Həsənquliyevin müavini ilə tanınmış ekspert bir-birini ağır söyüşlərlə təhqir etdi: "Alkaş, şərəfsiz, alçaq, ləyaqətsiz, satqın..."(FOTOLAR)

9-07-2019, 00:05           
Qüdrət Həsənquliyevin müavini ilə tanınmış ekspert bir-birini ağır söyüşlərlə təhqir etdi: "Alkaş, şərəfsiz, alçaq, ləyaqətsiz, satqın..."(FOTOLAR)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı özünün feysbuk səhifəsində tanınmış təhsil üzrə ekspert Etibar Əliyevi təhqir edib.

Teref.az Demokrat.az-a istinadla xəbər verir ki, N.Orduxanlı Etibar Əliyevi "alkaş" adlandırıb:

"Etibar Əliyev adında bir alkaş var. Guya təhsil ekspertidir. Onun-bunun qapsında sülənib araq pulu yığmaqla məşğuldur...".

Sözügedən statusa Etibar Əliyevin cavabı da gecikməyib. Ekspert də partiya sədrinə cavabında onu təhqir edib:

"Şərəfsiz mənim araq içdiyimi harda görmüsən...Məhkəməyə müraciət edəndə biləcəksən. Şər böhtan nədir. sən ibtidai təfəkkürə malik bir adamsan. Düşündüyün bu qədər olmalıdır. İkincisi, alkaşlıq işverənlikdən, satqınçılıqdan, şər-böhtandan qat-qat yaxşıdır. Tula payı hesabına ləkələmədiyin adam qalmayıb. Kimin harda, nə zaman süləndiyini isə liderindən soruş...".

Daha sonra Niyaməddin Orduxanlı Etibar Əliyevi daha ağır ifadələrlə təhqir edib:

"Şərəfsiz də özünsən, alçaq da, ləyaqətsiz də! Murdarın biri satqınlıq sənin simandan tökülür! Qapıları gəzib tula payı alan da sənsən! Ay murdar özümlə danış! Sən mənim liderimin ayağının tozu ola bilmərsən! Mahiyyətin budur. Mənim liderim sənin kimi alkaşın adını çəkib?














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.