“Mehriban xanımdan nümunə götürsünlər” – Osman Kazımov

10-07-2019, 08:31           
“Mehriban xanımdan nümunə götürsünlər” – Osman Kazımov
"Digər məmurlar da Mehriban xanımdan nümunə götürsünlər".
“Yeni Sabah” xəbər verir ki, bu sözləri özünün feysbuk hesabında tanınmış vəkil, Müsavat Partiyası başqanının müavini Osman Kazımov yazıb. O.Kazımovun paylaşımını olduğu kimi təqdim edirik:

“Mehriban xanım Əliyevanın Əbülfəz Elçibəyin və Ayaz Mütəllibovun həyat yoldaşlarının mərasimləri ilə bağlı göstərdiyi diqqət təqdirəlayiqdir. Alqışlayıram. Bu cəmiyyətdə olan gərginliyin səngiməsinə təkan verər. Yetər ki, digər məmurlar da Mehriban xanımdan nümunə götürsünlər. Sabah Azad Həsənovun məhkəməsidir. Xərçəng xəstəsi olan atasını görmək üçün Litvadan gələn Azad Həsənovun cibinə narkotik vasitə ataraq həbsə alıblar. Artıq 9 aydır ki, Azad həbsdə saxlanılır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.