Sabiq dövlət müşaviri: “Qarabağda partizan müharibəsinə başlamaq lazımdır”

12-07-2019, 07:59           
Sabiq dövlət müşaviri: “Qarabağda partizan müharibəsinə başlamaq lazımdır”
Sabiq dövlət müşaviri Qabil Hüseynli Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni təklif irəli sürüb.

Reyting.az-a açıqlama verən politoloq deyib ki, hazırkı vəziyyətdə Qarabağda partizan müharibəsi aparmaq olar. Onun fikrincə, partizan müharibəsinə dövlət heç bir məsuliyyət daşımır. Bu səbəbdən heç kəs dövləti qınaya bilməz.

Q. Hüseynli deyib ki, nəyə görə Kəlbəcərin igid oğullarından istifadə edib təxribat qrupları yaratmırıq? Yollar boyu tikilmiş müxtəlif iaşə obyektlərinə və yola müxtəlif partlayıcılar yerləşdirməklə niyə təxribat törətmirik?
Sabiq dövlət müşaviri: “Qarabağda partizan müharibəsinə başlamaq lazımdır”

Q. Hüseynli diqqətə çatdırıb ki, Murovda ən azı 1000-dən çox cığır var: “Erməni o cığırın heç 10 dənəsini tanımır. Amma Kəlbəcərdən olan əhali Murovun yuxarısından aşağısına kimi bütün çığırların yerini bilir. İnsanlar öz ata-baba qəbirlərini ziyarət etmək üçün 2-3 nəfərlə yox, 7-8 nəfərlə həmin əraziyə gedə bilər. Necə ki, bu saat da ora gedənlər var. Ora at belində gedib, erməni tərəfə keçməklə müəyyən arzularını həyata keçirən insanlar var. Niyə biz bunu, sistemli və idarə olunan prosesə çevirməyək? Dövlət buna açıq dəstək verə bilməyəcək, gizli dəstək versin”.

Q. Hüseynli deyib ki, vətən nisgili, ata-baba qəbrini görmək ölüm qorxusunu da üstələyir: “Bax, bu variantdan istifadə edib, qanunsuz yolla böyük məskunlaşma prosesinin getdiyi yerlərdə partlayışlar törətmək olar”.

Politoloq vurğulayıb ki, partizan müharibəsi ilə işğal olunmuş ərazilərdə qanunsuz yolla yerləşdirilmiş ermənilər arasında vahimə yaratmaq mümkündür. Yəni onlar anlayar ki, Azərbaycan xalqı öz torpaqlarının işğalda olması ilə barışmayacaq və orada ermənilərin yerləşməsinə razı olmayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.