"Gürcülərin nazı ilə çox oynayırıq" - VİDEO

16-07-2019, 00:00           
"Gürcülərin nazı ilə çox oynayırıq" - VİDEO
"Gürcülərin nazı ilə çox oynayırıq. Başlarını tumarlamaqla məsələni həll edə bilmədik. Rusiya ilə münasibətlərini gərginləşdirmələri az deyil yenidən bizə dil uzadırlar. Təxribatçılarına nəzarət etmək istəmirlər".

Eurasia Diary xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Gürcüstan-Azərbaycan sərhədində baş vermiş insidentə münasibət bildirərkən deyib.

"Məntiqlə Gürcüstan hakimiyyəti Azərbaycanla münasibətlərdə diqqətli olmalıdır. Niyə? Çünki Rusiya ilə münaibətlərinin korlandığı bir məqamda Gürcüstan digər qonşu ilə də münasibətlərini gərginləşdirməli deyil, normallaşdırmağa çalışmalıdır. Digər tərəfdən Azərbaycan Rusiyadan fərqli olaraq Gürcüstanın strateji tərəfdaşıdır. Burada digər məqam ondan ibarətdir ki, rəsmi Bakı prosesləri danışıqlar yolu ilə həll etməyə üstünlük verir və bunu bəyan edib. Artıq proses gedir. Buna baxmayaraq təxribatların qarşısı alınmayib və davam etməkdədir. Əvvəlki təxribatlardan fərqli olaraq sonuncu təxribat zamanı Gürcüstan hakimiyyəti məsələyə reaksiya verərək, təxribatçılara xəbərdarlıq edib. Rəsmi Tiflis bəyan edib ki, məsələ ilə bağlı danışıqlar gedir və onları prosesə mane olmamağa çağırıb”, - deyə Elxan Şahinoğlu bildirib.

Xatırladaq ki, "Keşikçidağ" məbədi ətrafında bir qrup Gürcüstan vətəndaşının keçirdiyi aksiya əsnasında gürcülər Azərbaycan sərhəd qoşunlarına hücum çəkərək onların silah və güllə daraqlarını əllərindən alıb. İnsidentin gürcü tərəfdən çəkilmiş videosu sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, gürcü sərhədçiləri hadisə yerində olsalar da, kadrlarda da göründüyü kimi onlar faktiki seyrçi mövqeyi tutublar. Mənbələr hadisənin dünən baş verdiyini xəbər verir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.