Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət

16-07-2019, 09:18           
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
“Mən Azərbaycan və gürcü xalqlarının müdrikliyinə inanıram. Biz yüzilliklərdir ki, xeyirxah dünyada yaşayırıq”.

Teref.az xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bunu virtualaz.org-a Gürcüstan-Azərbaycan sərhədinin keçdiyi Keşikçidağ monastır kompleksi ətrafında baş verən hadisələrlə bağlı danışarkən deyib.

Gürcüstanın keçmiş prezidenti qeyd edib ki, daha əvvəl o öz “feysbuk” səhifəsində bütün bu hadisələr haqda fikrini bildirib.

M.Saakaşvili vurğulayıb ki, ona yalnız bütün bu problemlərin həll olunmasını və Azərbaycanla Gürcüstanın yaxşı qonşuluq münasibətlərini saxlamalarını və inkişaf etdirmələrini arzulamaq qalır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.