“Bizə təzyiq etməyin, altından qalxa bilmərik...” - ERMƏNİSTAN PARLAMENTİNİN SPİKERİ VAŞİNQTONDA YALVARDI

16-07-2019, 16:18           
“Bizə təzyiq etməyin, altından qalxa bilmərik...” - ERMƏNİSTAN PARLAMENTİNİN SPİKERİ VAŞİNQTONDA YALVARDI
“Bizə təzyiq etməyin, altından qalxa bilmərik...”
ABŞ İrana qarşı tətbiq edilən sanksiyalara görə Ermənistana təzyiq göstərməməlidir.

Virtualaz.org xəbər verir ki, belə bəyanatla Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Vaşinqtonda, Atlantk Şurasında çıxış edib.

“Biz istəmirik ki, ABŞ İrana qarşı tətbiq edilmiş sanksiyalara görə Ermənistana təzyiq göstərsin. Ermənistan bunun altından qalxa bilməz”,-o bildirib.

Mirzoyan qeyd edib ki, ABŞ-la İran arasında gərginliyin artması Ermənistan iqtisadiyyatına mənfi təsir edir. Çünki iki qonşusu ilə sərhədi bağlı olan Ermənistan İranla münasibətlərdən çox asılıdır.

Mirzoyanın başçılıq etdiyi nümayəndə heyətinin Vaşinqtona səfəri iyulun 18-nədək davam edəcək, daha sonra isə erməni spiker iyulun 26-na qədər Boston və Nyu-Yorkda görüşlər keçirəcək. Onun səfərində məqsəd ABŞ-dakı erməni diasporundan və Birləşmiş Ştatlardan Ermənistan iqtisadiyyatına dəstək təmin etməkdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.