Rəsmi Tbilisi:“Azərbaycanla sərhəddə insidentin təkrarlanmasına yol verilməyəcək”

19-07-2019, 00:07           
Rəsmi Tbilisi:“Azərbaycanla sərhəddə insidentin təkrarlanmasına yol verilməyəcək”
“Ümid edirik ki, Azərbaycanlı həmkarlarımızla birgə dövlət sərhədinin delimitasiya prosesi ölkələr arasındakı strateji tərəfdaşlıq ruhuna uyğun olaraq başa çatdırılacaq”.

Bu barədə Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia yerli İctimai televiziyaya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Gürcüstanın hökumət komissiyası iyulun 14-də Keşikçi-Dağı Məbəd Kompleksində baş verən insidentdən narahatdır: “Gürcüstan tərəfi bu cür təxribatları qınayır. Bu cür halların təkrarlanmasına yol verilməyəcək”.

L.Darsalia insidentlə bağlı ətraflı araşdırmanın aparıldığını deyib.

O, Gürcüstanın delimitasiya prosesinin başa çatmasında maraqlı olduğunu qeyd edib.

İyulun 14-də Azərbaycan Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib/report












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.