“Mənə elə gəlir ki, bəlamız bayrağımızdadır” – Elçin Əlibəyli

22-07-2019, 00:00           
“Mənə elə gəlir ki, bəlamız bayrağımızdadır” – Elçin Əlibəyli
“Mistik realizmə həmişə inamım olub, düşər-düşməzliyə də inanıram. İndi yazacağım fikri pis yozmayın, artıq neçə ildir bu ətrafda düşünürəm”.

“Yeni Sabah” xəbər verir ki, bunu məşhur teleaparıcı Elçin Əlibəyli yazıb. O, bildirib ki, bayrağımızı canından artıq sevir, himnimizi bəlkə müqəddəs səs hesab edir:

“Amma mənə elə gəlir 1920-ci ildə süquta uğrayan müstəqilliyimizin, ikinci dönəm müstəqilliyimizdə başımıza olmazın bəlaların gəlməsi bu simvolika ilə bağlıdır, sanki lənətlənib.

Baxın, gürcülər bayraqlarını dəyişən kimi bir düzənə düşdülər. Qazax, qırğız qardaşlarımız olmayan yerdən bayraq yaratdılar, bir metr ərazilərini də, itirmədilər, müharibə də yaşamadılar.

Rusiya, Ukrayna və s. isə çabalayır. Köhnə əşyalar evə bədlik gətirdiyi kimi, köhnə simvolikanı da bərpa edəndə eyni hal olur. Bəlkə də, tam yanlış düşünürəm, amma bu hiss mənə rahatlıq vermir. Mənə elə gəlir simvolikanı dəyişsək, bəladan xilas olarıq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.