TRAMPDAN AMERİKALILARA TƏHDİD:"Sevsəniz də, nifrət etsəniz də, mənə səs verməyə məcbursuz"

17-08-2019, 07:41           
TRAMPDAN AMERİKALILARA TƏHDİD:"Sevsəniz də, nifrət etsəniz də, mənə səs verməyə məcbursuz"
“Sevsəniz də, nifrət etsəniz də, mənə səs verməyə məcbursuz”.

Strateq.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp bu gün “New Hampshire”də seçicilərlə görüşündə deyib.

O bildirib ki, əgər amerikalılar maliyyə və iqtisadiyyatdakı inkişafa, o cümlədən şəxsi mal varlıqlarına təminat istəyirsə, ona səs verməlidir: “Bütün bunlar, həmçinin sizin mal varlığınızın güvənci mənim 2020-ci ildə yenidən prezident seçilməyimdən asılıdır. Odur ki, məni sevsəniz də, mənə nifrət etsəniz də, mənə səs vermək məcburiyyətindəsiniz”.

Tramp hazırda ABŞ birjalarında yaşanan düşüş və dalğalanmalar haqqında isə söz açmayıb.

Yalnız onu deyib ki, o, ABŞ iqtisadiyyatını irəliyə apara biləcək yeganə liderdir: “Əgər mən prezident olmasaydım, Amerika iqtisadiyyatı indi çox pis vəziyyətdə idi…”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.