İsrail Ağ Ev yaxınlığında izləyici cihazlar yerləşdirdiyini inkar edir

13-09-2019, 06:52           
İsrail Ağ Ev yaxınlığında izləyici cihazlar yerləşdirdiyini inkar edir
İsrail Baş Naziri Benyamin Netanyahu ölkəsinin Ağ Ev yaxınlığında izləyici cihazlar quraşdırması barədə məlumatları inkar edərək bunun “tamamilə uydurma” olduğunu bildirib.

APA xəbər verir ki, “amerikanın səsi”nə danışan İsrail səfirliyinin sözçüsü də “Politico” xəbər saytının məlumatını rədd edərək, “İsrail ABŞ daxilində şpionaj əməliyyatları keçirmir” deyə bildirib.

Qeyd edək ki, anonim mənbələrə istinad edən “Politico” cihazların bir müddət əvvəl tapıldığını yazıb. Saytın xəbərinə görə, “StingRay” kimi tanınan kiçik izləyici cihazlar “güman ki, Prezident Donald Trampı izləmək üçün qoyulub”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.