Melaniya Trampın libası aranı qatdı - Şok detal

13-09-2019, 06:59           
Melaniya Trampın libası aranı qatdı - Şok detal
ABŞ-ın birinci xanımı Melaniya Trampın Ağ Evdə 11 sentyabr qurbanlarının xatirəsinə həsr olunan mərasimdə geydiyi libas sosial mediada müzakirələrə səbəb olub.

Teleqraf.com xəbər verir ki, birinci ledinin əlibəsindəki detal əkiz binalara olan hücum anına bənzədilib.

Sosial mediada gündəm olan libasdakı detal izləyicilərin diqqətindən yayınmayıb. Birinci xanımın sosial şəbəkədəki təqibçiləri detalın qüllələrə çırpılan təyyarəni xatırlatdığını qeyd ediblər.

Bəzi istifadəçilər Melaniya Trampın məxsusi olaraq bu libası seçdiyini vurğulasa da, bir qisim bu iradla razılaşmayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və ölkənin birinci xanımı Melaniya Tramp Ağ Evdə 11 sentyabr qurbanlarının xatirəsinə həsr olunan mərasimdə iştirak ediblər.

Əvvəlcə Tramp və xanımı Ağ Evin qarşısındakı "Cənub çəmənlik"də toplaşan vətəndaşların yanına gedərək matəm sükutunda iştirak ediblər. Daha sonra onlar 18 il əvvəl təyyarənin çırpıldığı Pentaqona gediblər və prezident qurbanların xatirəsinə həsr olunan nitq söyləyib.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.