Rus nazirdən Avropa banklarının xilası üçün "maraqlı" təklif

13-09-2019, 08:55           
Rus nazirdən Avropa banklarının xilası üçün "maraqlı" təklif
Rusiya Baş nazirinin müavini və Maliyyə naziri Anton Siluanov neqativ faiz tətbiq olunan Avropadakı bankları xilas etmək üçün bir üsul təklif edib.

Axar.az xəbər verir ki, ötən gün Moskvada keçirilən Maliyyə Forumunda iştirak edən Rusiyanın VTB bankının sədri Andrey Kostin Avropadakı bankarın durumunun heç də yaxşı olmadığını bildirib.

"Bu gün Avropadakı banklar tam mənası ilə ölür. Məncə, bunun səbəbi sıfır dərəcəsində olan faizlərdir. Bu, əslində inkişafı sürətləndirmək üçün böyük bir problemdir", - Kostin qeyd edib.

Forumda iştirak edən Siluanov isə gülümsəyərək "Bizə kredit versinlər" - deyə təklif irəli sürüb.

Kostin isə öz növbəsində nazirə cavab olaraq "Bəli, gözəl fikirdir" deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.