Kim Çen In ABŞ prezidentini Pxenyana səfərə dəvət edib

16-09-2019, 07:20           
Kim Çen In ABŞ prezidentini Pxenyana səfərə dəvət edib
KXDR Dövlət Şurasının sədri Kim Çen In ABŞ prezidenti Donald Trampı Pxenyana səfərə dəvət edib.

APA xəbər verir ki, bu barədə Cənubi Koreyanın “JoongAng Ilbo” qəzeti bir neçə mənbədən alınan məlumatlara əsasən yazıb.

Nəşrin bildirdiyinə görə, dəvət Amerika liderinə bu ilin avqustunda göndərilən məktubda yer alıb. Tramp daha sonra jurnalistlərə KXDR rəhbərindən “çox yaxşı bir mesaj” aldığını söyləyib. Onun sözlərinə görə, Kim Çen In ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərindən narazılığını bildirdiyi və “bitmiş danışıqların yenidən bərpasını” təklif etdiyi “üç gözəl səhifəlik məktub” yazıb.

Tramp məktubun Pxenyandan birbaşa öz ofisinə çatdırıldığını qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.