Antoniu Quttereş BMT Baş Assambleyasında Venesuela müxalifətinin lideri ilə görüşməyəcək

19-09-2019, 07:09           
Antoniu Quttereş BMT Baş Assambleyasında Venesuela müxalifətinin lideri ilə görüşməyəcək
BMT baş katibi Antoniu Quterreş beynəlxalq təşkilatın Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Venesuela müxalifətinin lideri Xuan Quaydo ilə görüşməyəcək.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə beynəlxalq təşkilat sədrinin özü bildirib.

"Yox, hal-hazırda gündəlikdə belə bir görüş yoxdur", - deyə Quttereş bununla bağlı suala cavabında bildirib.

Qeyd edək ki, Venesuela müxalifətinin lideri sentyabrın sonunda BMT Baş Asambleyasının 74-cü sessiyası çərçivəsində siyasi müzakirələrdə iştirak etmək üçün Nyu-Yorka getmək niyyətindədir. Bu səfəri zamanı X.Quaydonun onu müvəqqəti prezident kimi tanıdıqlarını açıqlayan bəzi ölkələrin rəhbərləri ilə, o cümlədən ABŞ Prezidenti Donald Trampla görüşləri nəzərdə tutulur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.