ABŞ gəmisinin Poti limanına buraxılmaması Gürcüstan müxalifətini qorxutdu

20-09-2019, 00:27           
ABŞ gəmisinin Poti limanına buraxılmaması Gürcüstan müxalifətini qorxutdu
Müxalif siyasətçi: “Ölkə yenidən Rusiyanın caynağına geri qayıdır”

Gürcüstanın Poti limanının ABŞ hərbi gəmisini qəbul etmək istəməməsi ölkə müxaifətini əndişələndirib.

Musavat.com Gürcüstam mediasına istinadən xəbər verir ki, keçmiş prezident Mixail Saakaşviliyə yaxınlığı ilə bilinən “Vahid milli hərəkat” partiyasından deputat Georgi Baramidze keçirdiyi mətbuat konfransında bu məsələni Rusiya prezidenti Vladimir Putinin iş adamı Bdzina İvanişvilin əli ilə həyata keçirdiyi planın tərkib hissəsi adlandırıb.

Qeyd olunur ki, bu ilin sentyabr ayının 16-da ABŞ-ın “USNS Yuma T-EPF-8” tipli hərbi ekspedisiya gəmisi Poti limanına yanaşmalı idi. Lakin liman rəhbərliyi gəminin Gürcüstan sularında lövbər atmasına izn verməyib. Xəbəri ABŞ-ın Gürcüstandakı səfir əvəzi Elizabet Rud da təsdiq edib.

Müxalifət nümayəndəsi hökumət tərəfindən bu məsələ ilə əlaqədar əsaslı açıqlamanın verilməməsi faktından olduqca hiddətləndiklərini bildirib.

Gürcüstanın Dəniz nəqliyyatı agentliyindən verilən məlumata əsasən, ABŞ gəmisi limana yaxınlaşan zaman onun gələcəyi yerdə başqa bir kommersiya gəmisi olubmuş və həmin gəmidə təmir işləri aparılırmış.

Georgi Baramizde bu arqumenti gülünc hesab edib. Onun sözlərinə görə, ABŞ gəmisinin gələcəyi əvvəldən bilinirdi və hökumət qarşılama ilə bağlı tədbirləri vaxtında görməli idi.

“Gəminin ziyarəti çoxdan planlaşdırılmışdı. Qara dəniz sularında üzdüyü zaman Rusiya gəmiləri onun hərəkətini təqib edib. ABŞ hərbçilərinin Gürcüstan limanına yaxınlaşmasına imkan verilməməsi bir çox pis şeydən xəbər verir. Bu, həm də Gürcüstanın siyasi rəhbərliyinin harada olduğunu və ölkəni hansı istiqamətə götürdüyünü də göstərir. Situasiya fəlakət dərəcəsinə gəlib çatıb”, - deyə gürcü müxalifətçi söyləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.