ABŞ generalı Kalininqradı vuracağı ilə hədələyib

20-09-2019, 04:18           
ABŞ generalı Kalininqradı vuracağı ilə hədələyib
ABŞ-ın Rusiyanın Kalininqrad vilayətindəki hava hücumundan müdafiə sistemini keçməyə imkan verəcək planı mövcuddur. “Report” “Breaking Defence” nəşrinə istinadən xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının Avropa və Afrikadakı Hərbi Hava Qüvvələrinin komandanı Ceffri Li Harriqyan deyib.

Onun sözlərinə görə, Pentaqon Avropada mümkün “Rusiya təcavüzünə” cavab verməyə hazırdır. O fikrini belə izah edib: “ Belə bir vəziyyətdə hərtərəfli - hava, quru, dəniz, kosmosdan hücum olacaq. Bura həmçinin kiber məkandan hücumlar və elektron müharibə də daxildir”.

General əlavə edib ki, ABŞ bu sxemi daim işləyib hazırlayır və lazım olduğu təqdirdə tətbiq etməyə hazırdır. Bununla yanaşı, Harriqyan Pentaqonun planının təfərrüatlarını açıqlamayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.