Deputat sosial şəbəkələrdə söyüş söyənlərə müraciət etdi: - “Dayanın”

20-09-2019, 12:36           
Deputat sosial şəbəkələrdə söyüş söyənlərə müraciət etdi: - “Dayanın”
"Sosial şəbəkələrdə ölkə iki yerə bölünüb. Sanki ölkədə vətəndaş müharibəsi gedir".

Cebhe.info xəbər verir ki, bunu deputat Çingiz Qənizadə "Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana "yox" deyək" adlı dəyirmi masada çıxışı zamanı deyib. Ç.Qənizadə bildirib ki, sosial şəbəkədə əxlaqi dəyərlərə sığmayan söyüş, təhqir, böhtan durmadan artır: "Bu cür hallar cəmiyyətimizin əxlaqına mənfi təsir göstərir. Bugünkü tədbirin keçirilməsində məqsədimiz bu halların qarşısının alınmasıdır. Biz hamımız söz və mətbuat azadlığının tərəfdarıyıq, ancaq hər şey qanun çərçivəsindədir. Xaricdən ölkə rəhbərliyinə söyənlərə qarşı buradan da söyənlər var. Hamısına deyirəm ki, dayanın. Bu yol Azərbaycan kişisinə yaraşan hal deyil. Buradan xaricdə söyüş şəbəkəsi yaradan, o şəbəkədə iştirak edənlərin ailəsinə müraciət edirəm ki, dayanın. Azərbaycan qanunvericiliyində bu cür hallarla bağlı cinayət məsuliyyəti var"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.