BAB sədrinin 1 -ci müavini bəyanat verdi - BƏYANAT

20-09-2019, 16:42           
BAB sədrinin 1 -ci müavini bəyanat verdi - BƏYANAT
Bəyanat

Azərbaycanımızın güneyində cərəyan edən çağdaş Azərbaycan milli hərəkatı öz taleyüklü sınaqlarından birini daha keçməyə hazırlaşır. Öz milli dövlətini qurma hədəfi ilə Azərbaycan milli hərəkatına yabanci hədəflər arasında seçim dilemması ilə qarşı-qarşıya buraxılmaq istənən Azərbaycan xalqı bir kəz daha öz idealları və hədəflərinə sonuna qədər sadiq qalacağını dosta və düşmənə göstərmək əzmi və iradəsindədir.

Bilindiyi kimi, xalqımızın Azərbaycanın güneyində öz milli dövlətini qurma hədəfi ilə başlatdığı çağdaş hərəkatımız, artıq geniş bir potensiala sahib olmuş və İran adlanan dövlətdə hər hansı yöndə bir dəyişimin olmazsa-olmaz gücü və qüvvəsinə çevrilmişdir.

İran adlanan ölkədə rejim və ya hakimiyyət dəyişikliyi hədəfini güdən oppozision, onların daxili və xarici yandaşları, dəfələrlə cəhd etdikləri kimi, bu gün də Azərbaycan milli hərəkatı potensialını öz hədəflərinə, yəni hərəkatımız üçün özgə olan hədəflərə yönəltmək niyyətindədirlər. Təkcə ortaq tərəfləri paniranizm səfsətəsinə bağlılıqları olan bu qüvvələrin, dəfələrlə bu kimi girişimlərdən əliboş dönmələrinə baxmayaraq, yenə də belə bir təşəbbüsə baş vurmalarının iki ana səbəbi vardır:

Azərbaycan milli hərəkatı potensialını özlərinin cılız hədəflərinə alət edərək onu güc qaynağından (millətdən) uzaqlaşdırmaq,
Bu potensialı milli dövlət qurma hədəfindən uzaqlaşdıraraq ”İran” dövlətinin bəqasını təmin etmək.
Paniranistlərin növbəti belə bir cəhdinin, illərlədir terrorçu qüvvələr siyahısında olan ”İran Xalq Mücahidləri”nin öncüllüyü, ərəb sərmayəsi və milli hərəkat sıralarına sızmış bir neçə opportunistin qatılımı ilə gerçəkləşdirilmək istənməsi xüsusi mənidardır. Məlum olduğu kimi, Sentyabr ayınin 23 və 24-ü Newyorkda ”future of İran” adı altında Xalq Mücahidlərinin liderliyində və guya İrandakı etnik qrupları təmsil edən bir neçə opportunistin qatılımı ilə bir toplantı gerçəkləşəcəkdir.

Sivil-mədəni ənənələrə sahib və sadiq olan Azərbaycan milli hərəkatının adının belə, terrorçu təşkilatlarla yan-yana gətirilməsi başlı-başına bir xəyanətdir. Bu xəyanət eyni zamanda İran molla rejiminə də milli hərəkatımız və fəallarımıza qarşı terroristlərlə əməkdaşlıq bəhanəsi ilə daha sərt basqı uygulamağa əsas verəcəkdir. Çağdaş Azərbaycan milli hərəkatında bir dönüş nöqtəsi olacaq belə bir tarixi şəraitdə Güneyli-Quzeyli Azərbaycan xalqının, təşkilatlarımızın, aydınlarımızın, liderlərimizin bu bəqa savaşında hərəkatımızın və onun hədəflərinin yanında olacağından və tarixi görəvi şərəflə üstlənib yerinə gətirəcəyindən, kəsinliklə quşqumuz yoxdur.

Hörmətlərimlə:

Çingiz Göytürk BAB Sedrinin Birinci Müavini












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.