Ter-Petrosyan qayıdır: Paşinyan özünə “rəqib” hazırlayır

20-09-2019, 23:07           
Ter-Petrosyan qayıdır: Paşinyan özünə “rəqib” hazırlayır
Nikol Paşinyan hökumətindən daha çox Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi Partiyası yararlanıb.

Bu məlumatı erməni “İrates” qəzeti yayıb.

Məlumata görə, siyasi arenada effektivliyini itirən güc yenidən oyanıb və üzərinə Paşinyan hökumətinə diktə edən rolunu götürüb: “Erməni Milli Konqresi Partiyası çalışır ki, oyuna yenidən qoşulsun. Ona görə gələcəkdə baş verən hadisələrə aktiv hazırlaşır. Tezliklə, bu siyasi qüvvəyə xidmət edən KİV-lər də aktivləşəcəklər. Onlar üçün bu ən vacib olan siyasi mübarizə alətidir. Bu günlərdə Erməni Milli Konqresinin qapalı iclasının baş tutması da yeni siyasi gündəmə start verildiyini göstərir. Məlumatlara görə, onlar bəzən Paşinyana müqavimət göstərəcəklər, lakin əslində onlar bir-birilərini müdafiə edəcəklər”.

Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.