Rusiyadan öldürücü bəyanat: "S-400"lər "F-35"lərin işini poza bilər

21-09-2019, 00:36           
Rusiyadan öldürücü bəyanat: "S-400"lər "F-35"lərin işini poza bilər
Pentaqonun Türkiyəyə məxsus "S-400" zenit-raket komplekslərinin "F-35" qırıcılarının işini poza biləcəyinə dair narahatlıq və qorxusu əsassız deyil

Türkiyədə yerləşdirilən "S-400 Triumf" zenit-raket sistemləri 5-ci nəsil "F-35 Lightning II" qırıcılarının işini poza bilər. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Pentaqonun Türkiyəyə məxsus "S-400" zenit-raket komplekslərinin "F-35" qırıcılarının işini poza biləcəyinə dair narahatlıq və qorxusu əsassız deyil", - deyə məlumatda bildirilir.

Məlumatda həmçinin vurğulanır ki, 5-ci nəsil "F-22 Raptor" və "F-35 Lightning II" qırıcıları yalnız ABŞ vergi ödəyiciləri və xarici alıcılar üçün "gözə görünməzdir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.