ERMƏNİ LOBBİSİ NİYƏ BU QƏDƏR GÜCLÜDÜR?

22-09-2019, 19:58           
 ERMƏNİ LOBBİSİ NİYƏ BU QƏDƏR GÜCLÜDÜR?
Ermənistanın baş naziri Nikol Paşinyanın bu gündən Amerika Birləşmiş Ştatlarına səfəri başladı. Paşinyanın Amerikada səfər proqramını nəzərdən keçirdim. O Amerikada harda olacaqsa bu ölkədəki ermənilərlə görüşəcək. Paşinyan səfərinə Los-Ancelesdən başlayacaq, o burada Qrand-park deyilən yerdə yerli ermənilərin mitinqində çıxış edəcək. Paşinyan ayrıca Los-Ancelesdə erməni mediasının nümayəndələri ilə görüşəcək. Paşinyan Los-Ancelesdən San-Xoseyə keçərək Silikon vadisindəki yüksək texnologiyalar mərkəzləri ilə tanış olacaq, eyni zamanda oradakı erməni proqramçılarla görüşəcək. Paşiyan Nyu-Yorka gedərək BMT Baş Assambleyasında çıxış edəcək. Paşinyan hətta Nyu-Yorkda da erməni diasporunun təmsilçiləri ilə görüş fürsətini əldən verməyəcək.

Bütün bunları nəyə görə yazdım? Mərhum dövlət başçısı Heydər Əliyev də getdiyi ölkələrdə, o cümlədən Amerikada azərbaycanlı icmasının nümayəndələri ilə görüşər və fikir mübadiləsi aparadı. Çünki xarici ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycan dövlətinin aparacı fiqruları ilə birbaşa ünsiyyəti vacibdir. Aydındır ki, Amerikada ermənilərin sayı azərbaycanlıların sayından dəfələrlə çoxdur. Ancaq azsaylı da olsa azərbaycanlı diaspora nümayəndələri ilə mütəmadi görüşlərə ehtiyac var. Bu yalnız Diaspora Komitəsinin rəhbərinin işi olmamalıdır, digər rəsmilərimiz də getdikləri hər yerdə azərbaycanlılarla görüşməli və fikir mübadiləsi aparmalıdırlar. Məsələn, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Nyu-Yorka gedir. O BMT Baş Assambleyasında çıxış etməli və erməni həmkarıyla görüşməlidir. Görəsən cənab Məmmədyarovun Nyu-York proqramında bu şəhərdə yaşayan azərbaycanlılarla görüşü yer alıbmı? Belə bir görüş proqramda yoxdursa, onda Amerikadakı erməni lobbisinin Azərbaycan əleyhinə fəallığından şikayətlənməli deyilik, biz passiv olacağıqsa onlar bu boşluğu Amerikada, Fransada və digər ölkələrdə asanlıqla dolduracaqlar.
Elxan Şahinoğluшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.