Keçmiş deputatdan məmurlara ÇAĞIRIŞ: “Mərdi qova-qova namərd etməyin!”

22-09-2019, 21:43           
Keçmiş deputatdan məmurlara ÇAĞIRIŞ: “Mərdi qova-qova namərd etməyin!”
2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuş, daha sonra 4 il Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı işləmiş, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Musayev məmurlara çağırış edib.

Modern.az-ın məlumatına görə, M.Musayev bildirib ki, bu gün müxalifətə üz tutub gedənlər müxalifəti istəyənlər deyil, sadəcə olaraq iqtidardan incik olanlardır:

“Çalışmaq lazımdır ki, vətəndaşlarımızı incik salmayaq, onların ağrı-acısına şərik olaq, mərdi qova-qova namərd etməyək. Hörmətli dövlət məmurları, xalqın xidmətində durmaq gərəkdir, şəxsi mənafeyinizi kənara qoyub, millətə və dövlətə xidmət edin! Bu, sizin vətəndaşlıq və vəzifə borcunuzdur!...”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.