Mürgülü xarici siyasət: Putin “Valday”da danışanda Elmar Məmmədyarov "Nida" yuxusu görürmüş

7-10-2019, 09:22           
Mürgülü xarici siyasət: Putin “Valday”da danışanda Elmar Məmmədyarov "Nida" yuxusu görürmüş
Dörd gün bundan əvvəl Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyası bütün dünya tərəfindən diqqətlə izlənildi. Xüsusilə Rusiya prezidenti Vladimir Putinin çıxışı yeni dünya düzəninin gələcəyini müəyyənləşdirilməsinin elanı kimi idi. Rusiya ilə əlaqəsi olan-olmayan ölkələrin siyasilərindən tutmuş jurnalistlərinə, diplomatlarına qədər hər kəsin böyük diqqət ayırdığı bu çıxışı yaxından izləmək şansını yaxalanlardan biri də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovdur. Çıxışın birbaşa translyasiyası görüntülərsindən də aydın olur ki, Elmar Məmmədyarov xitabət kürsüsünün qarşısında ilk sırada oturubmuş. Nazirə bu yeri ayıranlar, yəqin ki, ona çıxışları daha yaxşı eşitmək fürsəti yaratmaq istəyiblər. Bəs, Elmar Məmmədov ona verilən bu fürsətdən nə qədər istifadə edə bilib?

Ovqat.com-un təsbitləri nazirin tədbiri hazırlayanların bu arzusunu gözündə qoyduqlarını göstərir.

Belə ki, Putinin 25 dəqiqəlik həmin çıxışı zamanı Elmar Məmmədyarov beş dəfə video-kameraya “yaxalanır”, beşində də mürgülü vəziyyətdə. İlk kameraya “yaxalanma” isə çıxışın 00.55-ci dəqiqəsinə təsadüf edir. Görünən budur ki, Azərbaycanın xarici siyasətini müəyyənləşdirən Elmar müəllim Putin çıxışa başlayar-başlamaz yuxuya gedibmiş. Çıxışın 15.42 və 22.35-ci dəqiqələrində isə Elmar Məmmədyarovun ümumiyyətlə dərin yuxular aləmində olduğu gözlərdən yayınmır. 24.10-cu dəqiqədə isə, belə görünür ki, sağ tərəfdə əyləşən birisi onun yatdığının fərqinə varır və naziri yuxudan oyandırır. Elmar Məmmədyarov da gözünü ova-ova həmin şəxsə nəsə deyir. Yəqin ki, ona öz dərin minnətdarlığını bildirir.

Təqdim etdiyimiz videonun 0.55, 05.12, 15.42, 22.35 və 24.10-cu dəqiqələrinə diqqətlə baxın.


Qeyd edək ki, Elmar Məmmədyarovun mürgüləməklə yola verdiyi həmin iclasda Azərbaycan prezidenti də iştirak etmiş və məşhur “nida” bəyanatını səsləndirmişdi. Elmar Məmmədyarov da tam onun gözü qarşısında yuxuya dalırdı. Prezidenti “Qarabağ nidası” ilə Elmar Məmmədyarovun diplomatik mürgüsünü qarşılaşdıranda ortaya maraqlı bir sual çıxır. Düşmənlərimiz bizə bu sualı vermədən onun cavabını biz özümüz müəyyənləşdirməliyik: “Mürgülü siyasətlə Qarabağ Nida işarəsi qoya bilərikmi?”

Sualımızı cavablandıran adının çəkilməsini istəməyən keçmiş səfirlərimizdən biri xarici siyasətimizin Elmar Məmmədyarov tərəfindən müəyyənləşdirildiyi fikri ilə razılaşmadı. Onun fikrincə, indiki nazir sadəcə görüntüdən ibarətdir: “Xarici siyasətimiz isə Prezident Administrasiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Hikmət Hacıyev və XİN-nin müavini Xələf Xələfov tərəfindən hazırlanır. Hətta diplomatik korpusda bu iki şəxsdən birinə, xüsusilə də Hikmət Haciyevə potensial nazir kimi baxırlar.”шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.