"Rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları qəsdən yubadır" - Müdafiə naziri

6-11-2019, 11:21           
"Rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları qəsdən yubadır" - Müdafiə naziri
"Rəsmi Yerevan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh danışıqlarını qəsdən yubadır".

"Report" xəbər verir ki, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 6-da Litvanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşdə deyib.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.