Qorbaçov: SSRİ-ni onlar dağıtdı

10-11-2019, 10:50           
Qorbaçov: SSRİ-ni onlar dağıtdı
SSRİ-nin dağılmasında 1991-ci ilin avqustundakı çevriliş cəhdini planlaşdıranlar və bu cəhddən sonra SSRİ rəhbərliyinin zəifləməsindən istifadə edənlər məsuldur.

Axar.az xəbər verir ki, bunu “Der Şpiqel” jurnalına açıqlamasında SSRİ-nin sonuncu rəhbəri Mixail Qorboçov deyib. O, yenidənqurmanın mümkün risklərinin fərqinə vardığını, amma ölkə rəhbərliyinin dəyişikliyə ehtiyacı olduğunu söyləyib:

“Artıq əvvəlki kimi yaşamaq mümkün deyildi. Yenidənqurmanın böyük bir hissəsi ümumbəşəri dəyərlər, nüvə tərksilahı və seçki azadlığını əhatə edən yeni xarici siyasətlə bağlı idi”.

Yenidənqurma məsələsində peşman olmadığını deyən Qorboçov islahatlar zamanı xətalara yol verildiyini bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.