Tramp ABŞ ordusunun Əfqanıstanda cinayətlər törədən zabitlərini əfv edib

16-11-2019, 04:25           
Tramp ABŞ ordusunun Əfqanıstanda cinayətlər törədən zabitlərini əfv edib
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Əfqanıstanda hərbi cinayətlərə görə məhkum edilmiş iki zabitini əfv edib.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin xəbərində bildirilir.

"Bu gün prezident Donald Tramp ordunun baş leytenantı Klint Loransın və mayor Metyu Qolsteynin əfv edilməsi haqqında fərman imzalayıb", - Ağ Evin xəbərində bildirilir.

Tramp həmçinin Edvard Qallaherin Hərbi-Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəstəsinin zabiti rütbəsinin E-7 dərəcəsinin bərpası haqqında sərəncam imzalayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.