Arif Hacılı bu gün mühacir ittihamlarına cavab verəcək - QALMAQAL

19-11-2019, 09:31           
Arif Hacılı bu gün mühacir ittihamlarına cavab verəcək - QALMAQAL
Avropadakı mühacir qalmaqalı böyüməkdədir. Bu qalmaqalın mərkəzində isə Müsavat Partiyası dayanır. Buna səbəb də miqrant alveri ittihamı ilə Almaniyada həbs edilən azərbaycanlı mühacirlərin əksəriyyətinin keçmiş və ya indiki müsavatçılar olmalarıdır.

Bununla bağlı Müsavata yönəlik çox ciddi ittihamlar var. Avropada miqrant alveri ilə məşğul olan həmin müsavatçıların məhz Azərbaycandan partiya xətti ilə saxta biletlərlə oraya göndərildikləri iddia olunur.

Artıq Müsavat rəhbərliyi bütün ittihamlara mətbuat önündə cavab vermək qərarına gəlib. Belə ki, yaşananlarla bağlı Müsavat başqanı Arif Hacılı mətbuat konfransı təyin edib. Konfrans noyabrın 19-da, yəni bu gün saat 14:00-da partiyanın qərargahında keçiriləcək. Bütün media mənsubları konfransa dəvət olunub.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.