Vasif Talıbovun sərəncamı QANUNA ZİDDİR?

6-12-2019, 17:24           
Vasif Talıbovun sərəncamı QANUNA ZİDDİR?
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Naxçıvan” Universitetinə terktor təyin etməsində ziddiyyət var.
Yenisabah.az xatırladır ki, Vasif Talıbov dekabrın 5-də Nurlana Sabir qızı Əliyevanın “Naxçıvan” Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Məsələ burasındadır ki, “Naxçıvan” Universiteti özəl təhsil müəssisədir. Bu barədə universitetin veb-səhifəsində də qeyd var. “Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır”, - deyə Naxçıvan Universiteti haqqındakı bölümdə qeyd edilib. Bəs o zaman Vasif Talıbov özəl universitetə Naxçıvan Ali Məclisinin sədri olaraq necə rektor təyin edib?

Universitet dövlət müəssisəsi olsaydı belə, Ali Məclis sədri ora rektor təyin edə bilməzdi. Çünki Azərbaycan qanunvericliyinə görə dövlət ali təhsil müəssisələrinə rəhbər təyinatı Azərbaycan Prezidentinin səlahiyyətinə aid məsələdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.