İran İslam Respublikasındakı son hadisələrlə bağlı Qorqud partiyasının bəyənatı

17-01-2020, 22:34           
İran İslam Respublikasındakı son hadisələrlə bağlı  Qorqud partiyasının bəyənatı
Son zamanlar İran İslam Respublikasında baş verən hadisələr göstərdi ki, bu günkü hakimiyyət, yaşamaq uğurunda mübarizə aparan xalqına qarşı, İslama, əsasən də şiəliyə heç uyğun gəlməyən zorakılığa yol vermişdir. Xarici siyasətində yanlışlıqların, qüdrətli ölkələri özlərinə qarşı qoymağın nəticəsində qurbanlar İranın sadə xalqı olmuşdur. Bütün bunları İranın öz daxili işi adlandırmaq olardı. Lakin bu gün İran adlanan ölkənin əvvəki adı “Məmaliki Məhruseyi Qacar”, yəni “Qacarların qorunan Mülkü” olmuşdur ki, bu da İran dövlətinin, Allah tərəfindən Qacar nəslinə verdiyi və qoruduğu Mülkü mənasındadadır. Başqa sözlə, İranda baş verən hadisələr Cəlairlərə və onların Qacar nəslinə aiddir ki, biz də bu nəslin varisləri olduğumuz üçün, İran Mülkündə olan hadisələrə biganə qala bilmərik. Hər şeydən əvvəl İran tarixi və onun Cəlair şahları ilə bağlı heç kimin bilmədiyi sirlərə aydınlıq gətirmək istərdik.

İran adı Ərən/Aran sözündən yaranmışdır və bu da Albaniyanın şahlar nəsli olan Gelarküni-Sünikin Aran şahlarının ölkəsi deməkdir. Bu nəsil, ən qədim mənbələrdə Asar/Osiris/Aşşur/Azər adlanan Assur və Misir Allahlarının yerdəki varisləri sayılırdı. Assurun əmirləri (marları), teurqiya vasitəsi ilə Sünik göylərində El, yəni “dünya” yaratmışlar və Quranda bu “dünya” - cənnət adlanır. Qədim Misir yazılarında Osirisin ölüm şahlığı kimi keçən bu ruhlar dünyası, Misir mənbələrində Şu aləmi adlanırdı ki, yəhudilər bu Şu ruhunu Yeşua, ərəblər isə Şiə adlandırdılar. Tövratda və yəhudi yazılarında Şu aləmi - Şalim, Səlim şəhəri kimi keçir və ərəblərin dövründə bu Səlim Eli, İslam dünyası kimi qeyd olunmağa başlandı. Midiya mar-əmirlərinin göydə yaratdıqları bu El dünyası, Assurlarda El-Amurru kimi məlum idi. Ərəblər dönəmində isə əmirlərin bu El Allahı - Əli Əmir əl möminin rəmzinə çevrildi. Başqa sözlə, bu günkü İran şiəliyi, İslamdan min illər əvvəl bu ərazidə mövcud olmuş Assur, yəni Azəri əmirlərinin El-Amurru Allahından başlayır və bu da elə İsna Aşəriyə adlanan, Azərin On iki imamının dini deməkdir.

Qədim şiələrin İsna Aşəriyə dinini yaradanlar mənbələrdə Gelati-Şiə ismaililəri adlanır ki, Gelat eli – Azərbaycan Atabəglər ailəsinin malikanəsi olan Xelatdır. Quranda bu Xelat eli - Xüld cənnəti kimi keçir və göydə yaradılmış bu cənnətin məhz Allahın qoruduğu Gelat elində olması deməkdir. Əhdi-Ətiqdə, izmaililərin bu Gelad Mülkünü Allah “Mənim" adlandırır. Cəlairlərin pul sikkələrində Gelad/Xelat Mülkü – “Xəllədə MülkəHu”, yəni “Allahın Xelat Mülkü” kimi qeyd olunur ki, bu Mülk də elə Allahın Beytidir.

Gelad/Xelat Mülkü, qədim Misir yazılarında firon Amonun Gel şəhərində yaratdığı kosmik Allahın - Orion, yəni Aran bürcüdür. Qədim Misir fəlsəfəsinə görə firon, yəni pir öləndən sonra, onun ruhu Osiris/Asar (Azər) Allahına çevrilib, Orion bürcündə qərar tutur. İran mənbələrində Orion rəmzi Aran/Eran, Osiris/Asar Allahları isə Azəri pirləri kimi məlumdur. Qədim İran mətnlərində bu pirlər - farnbaq, yəni fironbəglər adlanırdı. Qədim Misir yazılarında Osiris/Azər rəmzi eyni zamanda, axirətdə gələcək Osiris/Azərə aid edilərək Nu-Asar və ya Nu-Azər kimi qeyd olunurdu ki, sonrakı mənbələrdə bu rəmzlər Ənsar/Nasar və ya Nizar kimi yazıldı. Başqa sözlə, İran Mülkü – Nasar/Nizar pir-bəglərinin ölümsüzlük qazandığı Mülkdür və biz bu Mülkü Ələmut qalası kimi də tanıyırıq.

Qədim Misir mənbələrində, Geladın ismaili-nizari pirlərinin ölümsüzlük yolu - Qor fironlar nəslinin getdiyi yol adlanır. Alban mənbələrində Qor rəmzi Qarni kimi yazılır və bu da Gelarküni elinin digər adıdır. Başqa sözlə, Qarni – Gelarküninin Qor yolu ilə gedən pir-bəglərinin elidir. Gelat ismaililiyində Qarni rəmzi Quran mənasını verir və bu da Gelat şiələrinin getdiyi Qor yolu deməkdir.

Qor yolu ilə gedən pir-bəglərin Quran kitabı – Allahın Gelat göylərində yaratdığı cənnətin və Adəmin yaradılma texnologiyasına həsr olunmuşdur. Bildiyimiz kimi, Quranın zahiri və batini mənaları var ki, zahiri, yəni birbaşa məna adi insanlara aiddir və özlüyündə tam cəfəngiyyatdır. Quranın batini mənası isə, Allahın göydə yaratdığı cənnətin və Adəmin yaradılışı haqqındadır və Gelat ismaililərin xass bəgləri üçündür. Bu gizli elm, Allah tərəfindən Qor pirlərinin ürəyinə verilən Batin elmidir və Quranda bu elm – Süleyman peyğəmbərə verilmiş “Quş dili” adlanır. Bu dili anlamayan insan heç vaxt Quranda, Tövratda, İncildə və s. kitablarda söhbətin belə nədən getdiyini dərk edə bilməz. İsmaili batinilərində Əhli-Beyt dedikdə, Allah Mülkünün batini sirlərini bilən “Beyt əl-elm vəl marifət vəl-hikmət” əhli nəzərdə tutulur. Gelat ismaili-nizarilərinin batin elmi – qədim İlahi sirlərə açılan yeganə qapıdır. Bu qapıdan keçmədən, heç kimi Rəhman (qəd. Misirdə Ra-Amon) Allahın sirlərini anlaya bilməz.

Gelad/Xelat Mülkünün Azəri pir-bəgləri, İran mənbələrində Gilan şahları kimi məlumdur və Firdovsi “Şahnamə”də bu nəslin şəcərəsini yazmışdır. Ərəblər dövründə Albaniyanın bu Gelar eli - Cəlair, Qor ağaları isə Qacar kimi qeyd olunmağa başladı. Başqa sözlə, bu gün İran adlanan ölkə - qədim Misirin Ra-Amon Allahının Gel şəhərində (Geliopol) yaratdığı cənnətin yerləşdiyi Mülküdür və bu Mülkün sahibləri də Cəlair elinin Qacar şahlarıdır. Allah Öz Mülkünü məhz bu Azəri pir-bəglərinə, atəşbəglərinə vermişdir və onu qoruyur. Qədim yazılara görə, axirətdə də Allah Öz Mülkünü, Cəlair-Qacarlardan olan bir nəfərə vərəsəliklə verəcəkdir.

Bu gün Allahın Azəri bəglərinə verdiyi Mülk, qədim şahlar nəslinə mənsub olmayan insanların əlinə keçmişdir. Bu hakimiyyətin siyasəti də İran xalqını pis vəziyyətə salmış, ölkəni isə məhvolma həddinə gətirmişdir. Amerika, Avropa, İsrail və s. ölkələrlə güc dilində danışmağın böyük səhv olduğunu anlamayan bu günkü hakimiyyət, ölkənin iqtisadi marağına uyğun yox, öz şəxsi ambisiyalarının diktəsi ilə siyasət yeridir. Bu insanlar bilmirlər ki, bütün Avropa, Amerika zadəganlarının, əsilzadələrinin kökü, 9-cu əsrdə ora köçmüş Gelat ismaililəri olan – “Quş dili bilən Gel oğulları”dır, Qulyardlardır. Bütün Avropa mədəniyyətini, arxitekturalarını, masonluğu bu Gelar bəglərinin törəmələri yaratmışlar. İsrailin 12 övladı da, Azərilərin 12 imamıdır ki, indiki yəhudilər özlərinin Xəzər/Azəri türk bəglərinin törəmələri olmalarını bilirlər. Bu gün dünyanı idarə edənlərin də məhz Gelat ismaililərinin törəmələri olduğu halda, ölkəsinin xoşbəxt yaşaması naminə onlarla ortaq məxrəcə gəlmək, xalqını sevən hər bir siyasətçinin borcudur. Bu şəraitdə əsilzadələr, ölkəsinin məhv olması istiqamətində yox, onun xoşbəxtliyi istiqamətində siyasət yürüdərdilər.

Bütün bunları əsas tutaraq, Mən - Azərbaycanın Qorqud partiyası adından bəyan edirəm:

Bü gün İran İslam Respublikasını idarə edən insanların İran kimi müqəddəs ölkəyə rəhbərlik etmələrinə haqqları yoxdur. Onların yanlış siyasəti nəticəsində xalq müflisləşmiş, ölkə məhv olma həddinə gəlmişdir. İslami əsaslara dayanan bu günkü İran şiəliyinin əsl şiəliklə heç bir əlaqəsi yoxdur. İndiki şiəlik, Quranın və hədislərin zahiri mənalarına əsaslanır ki, bu da tam cahillik və bütpərəstlikdir. Böyük İslam dahilərini dərk etməyən İranın din xadimləri, şiəlik adı ilə insanlara bütpərəstlik təqdim edirlər. Cəlair-Qacarların Gelat şiəliyi isə, bütün müqəddəs kitabların batini mənalarını birləşdirən İsna Aşəriyə dinidir və bu dini 5500 il əvvəl Cəlairlərin əcdadları Gelarküni bəgləri yaratmışlar. Şiə - İlahi ruh deməkdir və bu ruhu da, ürəyinə Quran verilmiş Cəlair-Qacarlar daşıyırlar. Şiəlik, Allahın Gelatdakı cənnətinə düşmək üçün gedilən kamillik və ölümsüzlük yoludur. Bu yolun sahibi isə Cəlair-Qacarlarıdır və axirətdə də Allah öz Mülkünü onlara vəd etmişdir.

İran, ən qədim Azər (Assur) elinin bir hissəsidir və bu Mülk Allah tərəfindən Gilar-Cəlair nəslinə əbədi verilmişdir. İsmaili imamlarının İlahi sirlərini bilən bir batin alimi kimi tələb edirəm ki, xalqın etimadını doğrultmamış İranın hakimiyyəti tam şəkildə istefa versin. Bu hakimiyyət yaddan çıxarmamalıdır ki, dünya - Allah və Onun Lövhi-Məhfuzda yazdığı rəmzlərə uyğun idarə olunur. Allahın Mülkündə, Onun xalqının qanını tökənlər, əzəl yazıya uyğun olaraq axirətdə çox ağır cəzalandırılacaqlar və nə onlar, nə də ətrafları, törəmləri cənnət üzü görməyəcək.

Bəyanatın elmi mənbəyi, müəllifi olduğum “Batini-Quran” kitabı və internetdəki çoxsaylı elmi məqalələrimdir.



Azərbaycan Qorqud partiyasının sədri,

“Batini-Quran” kitabının müəllifi, sufi-batin alimi: Firudin Kərimov (Firudin Gilar Bəg)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.